menu
Login
Axtaris
Main » 2007 » August » 28 » Müğənni Rəqsanənin bacısı və anası insan alveri ilə bağlı həbs olunub
Müğənni Rəqsanənin bacısı və anası insan alveri ilə bağlı həbs olunub
2:38 PM

 [ 28 Avqust 2007 17:51  ]

Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının bu il avqustun 20-də saxladıqları Ellada İsmayıl qızı İsmayılova müğənni Rəqsanənin bacısıdır.



Hazırda Goranboy rayonunun pasport-masa bölməsinin rəisi ilə birgə rayon polis şöbəsi bu məsələni araşdırıb. Bu şəxs Rəqsanə İsmayılovanın bacısıdır. Bu barədə APA-ya Goranboy rayon Polis Şöbəsindən məlumat verilib.
Daxili İşlər Nazirliyindən isə APA-ya bildirilib ki, saxlanılan E. İsmayılova 1978-ci il təvəllüdlüdür. DİN-dən onu da bildiriblər ki, o saxlanılandan sonra aparılan əməliyyat tədbirləri nəticəsində dəstənin üzvü, E. İsmayılovanın anası, 1952-ci il təvəllüdlü, Goranboy rayon sakini Adilə Həsənova da həbs edilib. Məlumata görə, qrup üzvləri Azərbaycandan qadınları Türkiyəyə apararaq, onların cinsi istismara məruz qoyulmasında günahlandırılırlar. DİN-dən hazırda saxlanılanlarla bağlı istintaq tədbirləri davam etdirildiyi üçün əlavə məlumat verilməyib.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da APA-ya bildirib ki, E. İsmayılovanın qurbanları sırasında olan zərərçəkmiş qadınlardan biri mərkəzə müraciət edib. O, müraciətində E. İsmayılovanın müğənni Rəqsanənin bacısı olduğunu qeyd edib.
Müğənni Rəqsanə İsmayıl qızı İsmayılovanın isə APA-ya açıqlamasında Ellada İsmayılova adında bacısı olduğunu təsdiqləyib: “Lakin insan alveri maddəsi ilə həbs olunan Ellada İsmayılova mənim bacım deyil. Həbs olunan qadın Bakı şəhər, bacım isə Goranboy rayon sakinidir. Hamı araşdıra bilər”. Bacısının həbs olunmasını təkzib edən müğənni, eyni ad- soyadlı insanların Azərbaycanda çox olduğunu da deyib: “ Kim istəyirsə, bizim evə gəlib bacımı görə bilər”. APA əməkdaşının Rəqsanənin bacısı ilə görüşmək israrından sonra müğənni “bir saata gələ bilərsiniz, indi mən salona gedirəm” desə də, bir saatdan sonra o, telefona cavab verməyib. Müğənninin prodüseri Təranə isə APA-ya Rəqsanənin bacısının hazırda uşaqları ilə birgə rayonda olduğunu deyib. Təranə “gəlib evdə axtarış aparmayacaqsınız ki?” deyə, ritorik sual da verib. Prodüser məsələ ilə bağlı gələn həftə mətbuat konfransı da keçirəcəklərini qeyd edib.
Rəqsanənin yaxın dostlarından biri isə APA-ya bu gün həbs olunan Adilə Həsənovanın onun anası olduğunu deyib: “Rəqsanənin anasının adı Adilədir”./APA/

Baxilib: 2847 | Elave edilib: jurnalist | Reytinq: 0.0/0 |
Total comments: 1
1 Brandonprize  
0
propolis herbal elixir <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> giddiness home remedies

Name *:
Email *:
Code *:
Sorgu
Meni ...?
Umumi Sesler: 100
Kalendar
«  August 2007  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Dost Linkler
 
 
editedbytony © 2024