Azerin - Tercumeyi-hal - Publisher - Azad Jurnalist Mekani
 
Site menu
Login form
Search
Publisher
Main » Articles » Tercumeyi-hal

Azerin
  Mən Bakı şəhərində doğulub böyümüşəm. Çox sevdiyim valideynlərimin söylədiyinə görə musiqiyə həvəs məndə çox kiçik yaşlardan başlayıb. Hələ 5 yaşımda məni Azərbaycan Dövlət radiosunda uşaq verlişlərindən birinə oxumaq üçün dəvət etmişdilər. Və bu da mənim gələcək həyatımın istiqamətini təyin etdi. O zaman mən əmin oldum ki, musiqisiz yaşaya bilmərəm. Mənim ən xoş xatirələrim 9 il bir yerdə çıxış etdiyim "Cücələrim" ansamblı ilə bağlıdır. Bu ansambl ilə birlikdə mənim C.Cahangirovun "Qarabağ" mahnısını ifa etdiyim Heydər Əliyev adına Sarayla (Lenin adına Saray) ilk tanışlığım oldu. O anları indiyə qədər xatırlayıram - səhnə arxasında dəqiqələrlə davam edən həyəcan, gur işıqlar, 2000-lik zalın gurultulu alqışları və respublikanın mərkəzi konsert zalının səhnəsində dayanmış balaca qız.  Sonralar həmin ansamblla biz bir çox səhnələrdə - Moskvada, Leninqradda, Çelyabinskdə, Ukraynada, Latviyada, Litvada, Gürcüstanda çıxış etdik, amma, ilk səhnə həyəcanı mənim qəlbimdə hər zaman qalacaq. A. Şaiq adına 54No-li orta məktəbdə təhsil aldığım müddət ərzində mən iki dəfə musiqi müsabiqələrinin laureatı oldum. Əvvəlcə 1985-ci ildə Moskvada ümumdünya 12 gənclər festivalında, sonra isə 1986-cı ildə Gürcüstanda, gənc ifaçıları musiqi müsabiqəsində. Məktəbdə oxuduğum son illərdə isə A. Cavanşirovun "Bənövşə" xorunun tərkibində çıxış etdim.
Təhsilimi başa vurduqdan və bir illik hazırlıqdan sonra, 1990-cı ildə mən musiqi Akademiyasına, vokal kursuna daxil oldum. Orada gözəl pedaqoq, professor, dosent E. Quliyevadan dərs aldım. Elə həmin il mən Bakıda keçirilən məsuliyyətli bir müsabiqədə - "Odlar Yurdu" müsabiqəsində iştirak etdim və yenə laureat oldum.
Gücümü sınamaq üçün 1994-cü ildə Türkiyəyə getdim. Orada 5 il ərzində dərs keçdim, həmçinin müxtəlif musiqi səhnə və meydanlarımda çıxışlar etdim.
Doğma şəhərə qayıtdıqdan sonra sənət həyatımda çox əhəmiyyətli bir hadisənin - ilk solo albomun hazırlıqlarına başladım. Bu albom 2001-ci ildə - mənim Qazağıstanda diplomant kimi çıxış etdiyim "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü gördü. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskimin repertuarına korifey sənətkarlarımızın mahnıları, həmçinin xarici klassik musigi nümunələri daxil edilmişdir. İndi üçüncü albom üzərində işlər gedir və ümid edirəm ki, yaxında o işıq üzü görəcək.  
Category: Tercumeyi-hal | Added by: jurnalist (2007-09-13)
Views: 544 | Comments: 2 | Rating: 0.0/0 |

Total comments: 0
Name *:
Email *:
Code *:
Catalog categories
Tercumeyi-hal [10]
Maraqli Melumatlar [5]
Elan [0]
Astrologiya [3]
Islam [12]
Flash oyunlar [6]
Layiheler [1]
Mentiq [1]
Our survey
Meni ...?
Umumi Sesler: 98
Site friends
 
 
Copyright MyCorp © 2016