World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi. - Maraqli Melumatlar - Publisher - Azad Jurnalist Mekani
 
Site menu
Login form
Search
Publisher
Main » Articles » Maraqli Melumatlar

World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi. Seçimdə 45 ölkədən 2 milyon jurnalist iştirak edirdi. Şəkillər idman hadisələri, gündəlik hadisələr, təbiət, əyləncə və s. tipli nominasiyaları üzrə seçilib. Bu dəfə də 2006-cı ilin sujetləri seçilirdi. Buda son sıraya gelib çıxmış yəni qalib olmuş 6 sujet:

6-cı yeri tutmuş şəkildə şəhər yanğınsöndürənləri və xilasedicilər yanğın ilə savaşırlar. Hadisə Svetoy Troitsa kilsəsində 12 mart 2006-cı il baş verib. Svetoy Troitsa kilsəsi Alyaskanın Djuno şəhərində yerləşir. Kilsə 1896-cı ildə tikilmiş və bu şəhərdə sayına görə ikinci dini tikilidir. Djuno şəhəri Alyaskada muzey şəhər sayılır.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.


5-ci yeri tutmuş şəkil 8 yaşlı DreShawna Monique adlı qızın yas mərasimindən çəkilmiş fotodur. Bu mərasim Baptist kilsəsində 5 avqust 2006-cı ildə Florida da Djeksonovildə keçirilmişdir. Qız öldürülmüşdür. Onun anası Monika Chinnetta Davis uzun müddət qızının tabutuna yaxınlaşa bilmirdi. Amma bunu edəndən sonra da özünü saxlaya bilməyib ağladı. Qızının dəfn mərasimində iştirak etsin deyə Davis bir günlük türmədən buraxılmışdır. Ona geyimini dəyişməyə qadağan etmişdilər, buna görə o türmə paltarında və qandalda qalmışdır.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.


4-ci yeri tutmuş şəkildə 9 yaşlı Xayton Karter onun 14 yaşlı Karter Stivenson adlı xalası oğlu öldüyü yerdə dayanıb. O maşın qəzasında ölmüşdü və ele bu həmin qəza baş verən yerdi. Qəza diqqətsizlik üzündən maşının yoldan çıxıb ağaca dəyməsilə nəticələnmişdir. Bu qəzada həmçinin 12 yaşlı Luk Dru, 13 yaşlı Djekson Foxs və onların atası Djon Oliver də həyatını dəyişib. Qəzadan yalnız 12 yaşlı Maykl sağ çıxmışdır, çünki o avtomobilin altından qaça bilmişdir.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.


3-cü yer təqdim edilir müəllifə, hansının ki şəkilində cavan oğlan ağrıdan qışqırır. Xilasedicilər onun əlini əzilmiş maşının altından çıxardırlar. Maşın Texas ştatının Xayuti şəhərində su kanalına düşmüşdü. Bu foto güclü yağışlar əsasında sel baş verəndə çəkilib.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.


2-ci yeri tutmuş şəkil də qəribəliyi ilə seçilir. Şəkildə Xertford polisinin serjantı Norm Qoddard (sağdan) Maqnoliya küçəsində evlərin yanında Jaka Leqettanı izləyir. Hadisə 28 aprel 2006-cı ildə baş verib. Polislər Leqettonu izləyirdilər. O polisdən qaçırdı və qaçdıqca da narkotikləri tullayırdı. O tutulan zaman onun üstündə 34 qram kakoin və 5 bağlama marixuana tapılmışdır.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.


Və növbə çatdı 1-ci yerə. Snet Chalz şəhərinin yanğın söndürən briqadası Fox River çayında 2 yaşlı uşağın meyidini aparır. Bu hadisə İllinoys ştatının cənub Elgin bölgəsində 27 iyul 2006-cı ildə baş verib. Körpə 3 saat ərzində sahildə axtarışdan sonra tapıldı. Uşağı xilas etmək olmadı.
World Press Photo ənənəvi olaraq yenə jurnalistlərin çəkdiyi ən yaxşı 6 fotonu seçdi.
 
Melumat www.fox.az saytindan goturulmusdur
Category: Maraqli Melumatlar | Added by: jurnalist (2007-08-28)
Views: 342 | Comments: 2 | Rating: 0.0/0 |

Total comments: 0
Name *:
Email *:
Code *:
Catalog categories
Tercumeyi-hal [10]
Maraqli Melumatlar [5]
Elan [0]
Astrologiya [3]
Islam [12]
Flash oyunlar [6]
Layiheler [1]
Mentiq [1]
Our survey
Meni ...?
Umumi Sesler: 98
Site friends
 
 
Copyright MyCorp © 2016